AZ

Ərəb ölkələrinin mediasında 20 Yanvar faciəsi haqqında məqalə dərc olunub

Ərəb ölkələrinin mediasında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun "Qara Yanvar faciəsinin 35-ci ildönümü" başlıqlı məqaləsi dərc edilib.

Məqalə Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, Suriya, Livan və İraqın qəzet və portallarında işıq üzü görüb. 

Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsindən geniş söhbət açan cəmiyyət sədri onu Misir xalqının 1919-cu ildə müstəmləkə zülmünə qarşı mübarizəsi ilə müqayisə edib. Müxtəlif illərdə azadlıq uğrunda meydanlara axışan misirlilərə və azərbaycanlılara qəddarcasına divan tutulduğunu, faktlarla hər iki qətliamda ermənilərin fəal rol oynadığını yazıb.

Müəllif Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar qırğınını Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirdiyini vurğulayıb. 

Tədqiqatçı-alim Azərbaycana qarşı ikili standartlardan çıxış edildiyini, ermənilərə dəstək verildiyini diqqətə çatdırıb. Otuz il ərzində ermənilərin Qarabağda mədəni abidələrimizi dağıtdığını, məscidlərimizi təhqir edərək xarabalığa çevirdiyini xatırladıb.

Məqaləni tam olaraq aşağıdakı linklərdən oxumaq mümkündür:

https://alharir.info/113738-2/

https://elalmelarby.com/?p=56543

https://www.agnaden.net/?p=47114

https://3aagell.blogspot.com/2025/01/35.html

https://baladnaalyoum.blogspot.com/2025/01/35.html

https://aldostoure.blogspot.com/2025/01/35.html

https://daynewsfirest.blogspot.com/2025/01/35.html

https://thekingdom-news.com/?p=3576

https://www.raiaam.com/Website/maqal/103850

https://www.alnuhud.com/?p=154990

https://garbnews.net/news/s/241849

Seçilən
1
xalqqazeti.az

1Mənbələr