AZ

Trampın gəlişi ABŞ-nin maliyyə sektorunu dəyişəcəkmi?

AzVision.az xəbər verir ki, “The Economist” nəşri indi onun Ağ Evə qayıdışı yaxınlaşdıqca, amerikalı maliyyəçilərin sevinmək üçün nə qədər əsası olduğunun aydınlaşacağını yazır.

“Əvvəla, ABŞ tənzimləyiciləri indi qiymətli kağızlar haqqında qanunların tətbiqi zamanı yeni prioritetlərlə bank sahəsində və onun hüdudlarından kənarda təminata icazə verən yanaşmadan istifadə edəcəklər. İkinici, kriptovalyuta əsl meynstrimə çevriləcək. Üçüncüsü, qaydaların yumşaldılması çoxlu sayda kiçik və orta həcmli kreditorları ilə məşhur olan ABŞ bank sisteminin birləşməsinə kömək edəcək”, - qəzetdə dərc olunan materialda detilir.

Uoll Stritin fikrincə, yeganə təhlükə Trampın onun komandasınınMAGA(Make America Great Again – Amerikaya əvvəlki əzəmətini qaytaraqred. ) instinktlərinin və xaotik yanaşmasının deregulyasiya bumunun qarşısını almağa mane olmasıdır.

Yeni prezidentin təyinatlarından biri qarşıdan gələn dəyişikliklər çox yaxşı xarakterizə edir. Trampın andiçmə günü vəzifəsini tərk edəcəyini açıqlayan Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) rəhbəri Qari Gensler maaşların açıqlanmasını və özəl bazar fondlarına müdaxiləni tələb etməklə Uoll Striti qıcıqlandırıb.

Onun xələfi Pol Atkins prezident Corc Buşun dövründə SEC-də çalışıb və komissiyanın qanunsuzluqda şübhəli bilinən şəxslərin təqibinə yanaşmasını tənqid edib. Belə yanaşmanın keyfiyyyətfən çox kəmiyyətə hesablandığını deyən Atkins, SEC-in şübhələndiyi fərdlərə və qurumlara öz arqumentlərini təqdim etməsini nəzərdə tutan“açıq qapılar” prinsipinə üstünlük verir. Onun fikrincə, bu, müttəhimlərə məhkəmədən kənar barışmaq və ya məhkəməyə müraciət etmək barədə qərar vermək imlanı yaratmaqla məhkəmə prosesini sürətləndirəcək.

Ancaq Atkinslə bağlı incə məqam onun kriptovalyutaları müdafiə edən “Token Alliance” qrupunun həmsədri olmasıdır. Ona digər rəqəmsal aktiv həvəskarlarının da qoşulacağı birmənalıdır. Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin yeni sədri Frenç Hill yeni Konqresin ilk 100 günündə hansı rəqəmsal aktivlərin əmtəə, hansının qiymətli kağız olduğunu təsdiqləmək üçün qanunvericilik təklifi irəli sürəcəyini bildirib.

Bayden administrasiyası əvvəllər banklardan öz balanslarında müştərilər üçün saxladıqları kriptovalyuta barədə hesabat vermələrini tələb edirdi ki, bu da digər aktivlər üçün tətbiq olunantəcrübədən fərqlidir. Böyük ehtimalla Tramp dövründə bu qaydanın aradan götürüləcəyi gözlənilir.

Bundan əlavə, Uoll Strit Baydenin bir çox Amerika banklarının birləşmələrini əngəlləyən və onlara nəzarəti gücləndirən fərmanlarının “yandırılacağına” ümidlidirlər. Trampın təyin etdiyi şəxslər həmçinin “Basel III Endgame” kimi tanınan beynəlxalq bank standartlarının tətbiqinə nəzarət edəcəklər.

Bayden administrasiyası və Federal Ehtiyat Sisiteminin (FES) 2023-cü ildə verdikləri təklif 100 milyard dollardan çox aktivi olan banklardan kapitalı orta hesabla 16% artırmağı tələb edəcəkdi. Banklar təklifin beynəlxalq standartların tələblərindən çox kənara çıxmasından şikayətlənirdilər. Trampın dövründə kredit təşkilatlarının bu halda kapitalı artırmağa ehtiyacı olmayacaq.

Uoll Stritdən başqa yeni administrasiyaya ümid bağlayan Amerika maliyyə bazarının digər seqmentləri, xüsusən də özəl kapital sektoru Trampın gəlişindən nikbindir.

Eyni zamanda, Trampın rəhbərliyi altındaHökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edəcək İlon Mask maliyyə böhranından sonra yaradılmış İstehlakçıların Maliyyə Müdafiəsi Agentliyini “ləğv etmək” istəyir. Lakin federal qurumların birləşdirilməsi və ya ləğvi Konqresin hər iki palatasının razılığını tələb edəcək. Respublikaçıların Nümayəndələr Palatasında cüzi liderliyi fonunda bunun bunun çətin olacağı düşünülür.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
1
azvision.az

1Mənbələr