Rusiya London və Kiyev arasında “yüz illik tərəfdaşlıq” sazişi çərçivəsində Britaniyanın hərbi infrastrukturunun öz sərhədlərinə qədər irəliləməsindən narahatdır.
Paralel.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O əlavə edib ki, bu razılaşma Ukraynanın NATO-ya üzvlüyü demək deyil.
“Baxmayaraq ki, Britaniyanın NATO ölkəsi olduğunu nəzərə alsaq, onun hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsi şübhəsiz ki, kifayət qədər narahatedici elementdir”, - Peskov qeyd edib.
Mürtəza
Paralel.az