AZ

“ExpressBank”ın mənfəəti 7 faizə yaxın - AZALIB

“ExpressBank”ın faiz gəliri 2023-cü ilin eyni rübü ilə müqayisədə 10 milyon 812 min manat artaraq 68 ilyon 482 min manata, faiz xərcləri isə 4 milyon 271 min manat artaraq 19 milyon 787 min manata yüksəlib. Buna görə də bankın xalis faiz gəliri 48 milyon 694 min manat olub ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 6 milyon 540 min manat çoxdur.

Kommersant.az xəbər verir ki, “ExpressBank”ın qeyri-faiz gəliri 1 milyon 668 min manat artaraq 20 milyon 628 min manat, qeyri-faiz xərcləri isə 6 milyon 281 min manat artaraq 48 milyon 852 min manat olub. Yekunda bankın əldə etdiyi əməliyyat mənfəəti 1 milyon 928 min manat artaraq 20 milyon 471 min manata çatıb.

Bütün bu artımlar bankın xalis mənfəətinə müsbət təsir göstərə bilməyib. Çünki, “ExpressBank”ın tutumlardan sonrakı xalis mənfəəti 11 milyon 237 min manat olub. Bu da 2023-cü ilin 4-cü rübü ilə müqayisədə 777 min manat və ya 6.47 faiz azdır.

.news-tags {

padding-top: 10px;

}

.news-tags span {

display: inline-block;

border: 1px #999 solid;

border-radius: 3px;

padding: 0 10px;

cursor: pointer;

}

.news-tags span:hover {

background-color: #999;

color: #fff;

}

.news-tags span:hover a {

color: #fff;

}

express bank

Bank

mənfəət

Seçilən
3
2
kommersant.az

3Mənbələr