AZ

İlk girovlar bu tarixdə azad oluna bilər

Qəzza zolağından ilk girovların azad edilməsi, HƏMAS ilə razılaşmada gecikmələrə baxmayaraq, planlaşdırıldığı kimi yanvarın 19-da başlayacaq.

AZXEBER.COM \"The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi təsdiq edib.

Razılaşmaya əsasən, HƏMAS bazar günü üç girovu azad etməlidir.

Qeyd olunur ki, HƏMAS ilə barışıq sazişi hərbi-siyasi kabinet və İsrail Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Hərbi-siyasi kabinetin iclası artıq başlayıb, lakin şənbə günü axşamdan tez olmayaraq, sazişi təsdiq edəcək Nazirlər Kabinetinin tam tərkibdə iclasının keçirilməsi gözlənilir.
Seçilən
0
2
azxeber.com

4Mənbələr