AZ

"Fitch": Azərbaycanın dövlət borcu investisiya dərəcəli suverenlər arasında ən aşağıdır

Azərbaycanın dövlət borcunun ÜDM-in 21.1%-nə çatdığı və 2026-cı ilə qədər ÜDM-in 23.3%-nə yaxınlaşacağı təxmin edilir.


APA-Economics” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə reytinq qiymətləndirməsində bildirilib.


Qeyd edilib ki, bu borc səviyyəsi “Fitch”in investisiya dərəcəli suverenləri arasında ən aşağı göstəricilərdən biridir. “Xarici borc son illərdə mütləq ifadədə azalıb, valyuta tərkibi yaxşılaşıb və xarici borcun təxminən üçdə ikisi rəsmi kreditorlara aiddir. Bundan əlavə, xarici dövlət zəmanətləri və yenidən kreditləşdirmə 2022-ci ildəki 6.4 milyard ABŞ dolları ilə müqayisədə 2024-cü il üçün proqnozlaşdırılan ÜDM-in 7.6%-i olan 5.6 milyard ABŞ dollarına düşüb. Qeyd etmək lazımdır ki, bu zəmanətlərin 77%-i gəlirli olan və dövlət dəstəyi tələb etməsi gözlənilməyən Cənub Qaz Dəhlizi layihəsi ilə bağlıdır”- hesabatda vurğulanıb.

Seçilən
4
3
apa.az

4Mənbələr