AZ

Koreya Respublikasının Prezidenti məhkəməyə gəlib

Koreya Respublikasının Prezidenti Yun Sok Yol həbs müddətinin uzadılması ilə bağlı dinləmələrdə iştirak etmək üçün Seulun Qərb Dairə Məhkəməsinə gəlib.

Bu barədə \"Yonhap” agentliyi məlumat yayıb.

Keçmiş prezidentlərlə bağlı oxşar iclasların keçirilmə təcrübəsinə əsasən, məsələnin həllinin gecə yarısına qədər uzana biləcəyi ehtimal edilir.

Yanvarın 15-də saat 10:33-də həyata keçirilən saxlanma 48 saata qədər nəzərdə tutulub və bu müddət ərzində hüquq-mühafizə orqanı həbs müddətinin uzadılması üçün müraciət edib-etməməyə qərar verməlidir. Lakin yanvarın 16-da prezidentin vəkilləri saxlanmanın qanuniliyinə etiraz etməyə cəhd göstəriblər və buna görə müddət 10 saat 32 dəqiqə uzadılıb. Yüksək Vəzifəli Məmurlarla bağlı Antikorrupsiya Təhqiqatları İdarəsi müddətin bitməsinə ən azı 3 saat qalmış order üçün müraciət edib.

Daha əvvəl prezidentin vəkili Yun Qap Qın Yun Sok Yolun hüquqşünasların məsləhəti ilə iclasda iştirak edəcəyini bildirmişdi.
 
///Report
Seçilən
0
4
azxeber.com

10Mənbələr