Sözün bitdiyi o gün
Gözümüz nəmləndi o gün,
Dedik bəlkə gələr, xoş gün,
Olmarıq pərişan, üzgün.
Kimsə bilmədi səhər,
Hamımızı tutacaq qəhər ,
Kaş yalan olardı xəbər,
Bürünərdi şəfəqə göylər.
Ancaq nə edək, oldu olan,
Qara buludları yaran,
Yaşamağa haqqı olan,
Həlak oldu üç qəhrəman!
Son Yazılar:
- Səmanı seçən pilotlar
- İsrail 33 əsirin əvəzinə 1 890 fələstinli məhbusu azad EDƏCƏK
- “Səbail” səfərdə “Sumqayıt”a qalib GƏLDİ
Gülər üzlü o mələkdi,
Görən dedi: — Hökümədi.
O qorxu nədir, bilmədi
Tək, yaxşı olacaq dedi!
Sənətinə çox bağlıydı,
Göydə, şahin tək uçardı
İndi gülən o Saşadan,
Bütün dünyadır danışan.
Sevilən İqor kapitan
Həm ataydı, həm komandan.
İndi hamını yandıran,
Son uçuşundu, kapitan!
Sükuta qərq olub yaman
Laldır, danışmır xiyaban,
Sən burda ayaq saxlasan,
Səs boğular, göz yaşından!
Dünya dedi, üç xilaskar.
Adınız əbədi yaşar!
Vətən də sizlə öyünər,
Vətənə sadiq əsgərlər!
Baxırıq qəmgin göylərə,
Əlimizsə yetmir sizlərə,
Adını tarixə yazdıran,
İgid, cəsur üç qəhrəman!
Cənnət sizə məkan olar,
Səmanı seçən pilotlar,
Səmanı seçən pilotlar!
Təranə Cəbiyeva