Doniell Malen tezliklə Dortmund “Borussiya”sını tərk edəcək. Niderlandlıfutbolçu karyerasını “Aston Villa”da davam etdirəcək.
Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, İngiltərə klubu transfer üçün 23 milyon avro təzminat və 3 milyon avro bonus ödəməklə bağlı qarşı tərəflə şifahi razılıq əldə edib. Yaxın zamanda hücumçu tibbi müayinədən keçəcək. Səhhətində hər hansı problem olmayacağı halda transfer rəsmiləşəcək.
Doniell “Borussiya”da 2021-ci ildən çıxış edir. O, bu mövsüm komandada 21 oyuna çıxaraq 5 qol vurub və 1 məhsuldar ötürmə verib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta