"Lazım gələrsə, Təl-Əviv Qəzza zolağında yeni üsullarla və bütün gücü ilə hərbi əməliyyatları bərpa etməyə hazır olacaq".
Publika.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu Qəzzada atəşkəs razılaşması üzrə danışıqlar zamanı bu tələbdə israr edir.
Baş nazir əlavə edib ki, bu məsələdə ABŞ-ın dəstəyindən istifadə edir.
Onun sözlərinə görə, əgər İsrail yenidən hərbi əməliyyatlara qayıtmalı olacaqsa, bu, yeni üsullardan və böyük gücdən istifadə etməklə həyata keçiriləcək.
Bir gün əvvəl Netanyahu bildirmişdi ki, Fələstinin HƏMAS hərəkatı İsrailin təhlükəsizlik tələblərini qəbul etməsə, İsrail ABŞ-ın dəstəyi ilə Qəzza zolağında genişmiqyaslı döyüşləri bərpa edəcək .