''Football-plus.az'' xəbər verir ki, söhbət qapıçı Mərt Günokdan gedir. İstanbul nəhəngi öz kapitanı ilə ''2+1'' illik müqavilə imzalayıb. Bu xəbər klubun saytında yerləşdirilib. Mərt daha sonra bunları deyib:
''Çox sevincliyəm. Çünki bu böyük camiədə daha iki il forma geyəcəm. İnşallah daha gözəl günləri birlikdə yaşayacağıq. Yeni məşqçimizin təyinatı da xeyirli, uğurlu olsun. Biz futbolçular olaraq yeni məşqçiyə yardım etmək üçün əlimizdən gələni edəcəyik. Fanatlarımız da bizi dəstəkləməkdə davam etsin. Onlara daha gözəl futbol və daha güclü ''Beşiktaş'' izlətdirmək istəyirik''.
Qeyd edək ki, ''Fənərbaxça''nın yetirməsi olan 35 yaşlı əlcək sahibi peşəkar karyerasına da bu klubda başlayıb. Daha sonra ''Bursaspor'' və ''İstanbul BŞ''nin də şərəfini qorumuş Mərt 2021-dən ''Beşiktaş''dadı. Türkiyə yığmasının da əsas qapıçısı statusunda olan və AÇ-2024-də diqqətçəkən performans sərgiləyən Günok bu mövsüm ''Beşiktaş''da 24 rəsmi oyuna çıxıb və bunların 8-də qapısını toxunulmaz saxlayıb.
ƏLİ