“Liverpul”un vingeri Məhəmməd Salah və mərkəz müdafiəçisi Vircil van Deyk bu yay müqavilələri başa çatdıqdan sonra Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçməyə yaxındırlar.
Publiak.az xəbər verir ki, bu barədə səudiyyəli idman eksperti Xalid Əl-Şenayf “KSA Sports”a bildirib.
“Bizdə olan məlumata görə, “Əl-Hilal”ın prezidenti Fəhad bin Nafel və Saad Əl-Ləziz (Səudiyyə Peşəkar Futbol Liqasının vitse-prezidenti) hazırda Məhəmməd Salah ilə müqavilənin imzalanmasını başa çatdırmaq üçün Londondadırlar.