AZ

Dana Uayt “Meta”ya qoşuldu

UFC prezidenti Dana Uayt amerikalı milyarder Mark Sukerberqin sahibi olduğu “Meta” şirkətinin Direktorlar Şurasının üzvü olub.

Uayt sosial şəbəkə hesabında bu haqda yazıb:

“İndiyə qədər heç vaxt hansısa şirkətin Direktorlar Şurasına seçilməkdə maraqlı olmamışam. “Meta”ya qoşulmaq təklifi alana qədər. Sosial şəbəkələrin gələcək olduğuna inanıram. Bu qeyri-adi komandaya qoşulduğuma və bu biznesi daxildən öyrənmək imkanına görə sevinirəm. Bu dünyada brend yaratmağı hər şeydən çox sevirəm, şirkəti yeni səviyyəyə qaldırmaq imkanını səbirsizliklə gözləyirəm”.

2001-ci ildən UFC prezidenti postunu tutan Uaytın ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp ilə dostluq etdiyini də xatırladaq.
Seçilən
32
football-plus.az

1Mənbələr