Almaniyanın "Audi" konserni "Formula-1" komandası "Kik-Zauber"i alıb.
İdman.biz xəbər verir ki, bu məlumatı şirkətin nümayəndəsi təsdiqləyib.
Əvvəllər "Audi" İsveçrənin "Sauber Holding AG"nin səhmlərinin bir hissəsinə sahib olub. Bu ilin yanvarında isə konsern bütün səhmlərin alışını yekunlaşıdırıb. Sövdələşmənin 600 milyon avro olduğu bildirilib.
Qeyd edək ki, "Audi"yə rəhbərlik edən Matteo Binotto bir neçə ildən sonra komandanın "Formula-1"də titul uğrunda mübarizə aparacağını bildirib.
İdman.biz