AZ

Premyer Liqa klubu “Fənər”lə razılaşdı

Türkiyə Super Liqası komandalarından “Fənərbaxça” müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” “Aston Villa” forması geyinən Dieqo Karlos ilə anlaşıb.

Tərəflər arasında razılaşmaya əsasən, İstanbul təmsilçisi müdafiəçi üçün Premyer Liqa klubuna 12+2 milyon avro ödəniş etməli olacaq.

3,5 illik müqaviləyə imza atması gözlənilən oyunçu, illik 4 milyon avro məvacib qazanacaq.

Qeyd edək ki, 31 yaşlı braziliyalı karyerası ərzində “Sevilya”, “Nant”, “Porto” kimi klubların şərəfini qoruyub.

İtaliyalı mütəxəssis karyerasını bitirəcək

Dursun Özbek əməliyyat olundu

PSJ oyunçusunu geri çağırır

Neymar sabiq komandasına qayıda bilər

"Çelsi" 16 yaşlı qazaxıstanlı ilə güclənəcək

Seçilən
40
apasport.az

1Mənbələr