Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Bolonya” – “Montsa” matçında meydan sahibləri qələbə qazanıblar. Beş qolun vurulduğu “Atalanta” – “Napoli” matçı Neapol təmsilçisinin qələbəsiylə yekunlaşıb. “Yuventus” isə doğma meydanda “Milan”ı 2 cavabsız qolla məğlub edib.
18-ci turun qalan görüşləri yanvarın 19-da və 20-də keçiriləcək.
İtaliya, A Seriyası
21-ci tur
17 yanvar
Roma – Cenoa 3:1
Qollar: Dovbik, 25. El Şaaravi, 60. Leali, 73-öz qapısına – Masini, 33.
18 yanvar
Bolonya – Montsa 3:1
Qollar: Kastro, 22. Odqard, 34. Orsolini, 69 – Maldini, 4.
Yuventus – Milan 2:0
Qollar: Mbanqula, 59.
Atalanta – Napoli 2:3
Qollar: Reteqi, 16. Lukman, 55 – Politano, 27. Maktominey, 40. Lukaku, 78.
19 yanvar
15:30. Fiorentina – Torino
18:00. Kalyari – Leççe
18:00. Parma – Venesiya
21:00. Verona – Latsio
23:34. İnter – Empoli
20 yanvar
23:45. Komo – Udineze