1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Instagram" sosial şəbəkəsi formatını dəyişib. Bundan sonra sosial şəbəkənin əsas səhifəsindəki paylaşımlar kvadrat əvəzinə düzbucaqlı olacaq.
Oxu.Az xəbər verir ki, bunu sosial şəbəkənin rəhbəri Adam Mosseri öz səhifəsində bildirib.
"Bilirəm ki, bəziniz kvadratları çox sevirsiniz. Kvadrat şəkillər bir növ "Instagram"ın irsidir. Amma hazırda yüklənən foto və videoların çoxu vertikaldır. Onları çox da kəsmək heyifdir", - Mosseri qeyd edib.
O etiraf edir ki, dəyişiklik "bir az ağrılı" ola bilər, amma keçəcək.
"Düşünürəm ki, insanlar uzunmüddətli perspektivdə onların fotolarının və daha çox videolarının aqressiv şəkildə kəsilməkdənsə, olduğu kimi profildə göründüyünə sevinəcəklər", - o vurğulayıb.
Xatırladaq ki, "Instagram" hələ 2024-cü ilin avqustundan yeni profil növünü sınaqdan keçirməyə başlayıb.
