AZ

İsrail ordusu Qəzzada radikal hədəflərə zərbələr endirməkdə davam edir

Radikal “HƏMAS” hərəkatının öhdəliklərini pozması səbəbindən Bakı vaxtı ilə saat 10:30-da atəşkəs qüvvəyə minmədiyi üçün İsrail Müdafiə Qüvvələri Qəzza zolağında terrorçuların hədəflərinə zərbələr endirməkdə davam edir.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, artilleriya və aviasiya Qəzzanın şimalında və mərkəzində bir sıra terrorçuların hədəflərinə zərbələr endirib.

Vurğulanıb ki, İsrail ordusu hazır vəziyyətdədir və ölkə vətəndaşlarının zərər görməsinə imkan verməyəcək.

Seçilən
13
50
report.az

10Mənbələr