Son turda səfərdə ''Trabzonspor''dan 5 cavabsız qol buraxmaqla ağır məğlubiyyətə düçar olan ''Antalyaspor''da baş məşqçi Aleks de Souza ilə bağlı qərar verildi.
''Football-plus.az'' xəbər verir ki, bazar ertəsi rəhbərliyin toplantısı keçirildi və ora Aleks de dəvət olundu. Orda baş məşqçidən bu məğlubiyyətlə bağlı izahat tələb edildi. Futbolçu kimi Türkiyə çempionatına damğa vurmuş Aleks bu heyətlə bundan artığına nail ola bilməyəcəyini qeyd edərək rəhbərlikdən 5-6 yeni transfer tələb etdi. Amma ''Antalyaspor'' zatən maddi cəhətdən çox çətin durumdadı və borcları üzündən kluba transfer cəzası verilib. Elə Aleks özü də oktyabrdan bu yana maaş almırdı.
Aleksin ardından rəhbərlik klubun kapitanları Güray Vural və Veysəl Sarı ilə də görüşərək onların da fikrini öyrəndi. Və sonda Alekslə yolların ayrılmasına qərar verildi. Dünən bununla bağlı klubun saytında rəsmi açıqlama yerləşdirildi və məşqçiyə gələcək karyerasında uğurlar arzulandı.
Beləliklə, ''Antalyaspor''da Aleks de Souza dönəmi başa çatmış oldu. Bu mütəxəssisin illik maaşı 565 min avro idi. Aleks ikinci dövrə üçün təzminat tələb etmədi. O yalnız noyabr, dekabr və yanvar ayının maaşlarını tələb edərək ayrılığa razılıq verdi. 47 yaşlı Aleks bu vəzifəyə mövsümün əvvəlində gətirilmişdi.
Türkiyə kubokunda yoluna davam edən və qrup mərhələsində iştirak edən ''Antalyaspor'' superliqada isə 18 oyuna topladığı 21 xalla 13-cü pillədə qərarlaşıb. Düşmə zonası ilə arada cəmi 5 xallıq fərq var. Rəhbərlik vaxt itirmədən yeni məşqçi axtarışlarına başlayıb. Hələ ki, əsas namizədlər Bülənt Uyğun, Abdulla Avcı və Əmrə Belözoğludu.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta