Yəməndə İran tərəfindən dəstəklənən Husilər Qırmızı dənizdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) "USS Harry S. Truman" təyyarədaşıyan gəmisini bir ay ərzində 8-ci dəfə hədəfə aldıqlarını bildiriblər.
Husilərin hərbi sözçüsü Yəhya Səri verdiyi açıqlamada "Qırmızı dənizin şimalında yerləşən ABŞ-ın təyyarədaşıyan gəmisi “USS Harry S. Truman” və onu müşayiət edən bəzi hərbi gəmilər bir sıra qanadlı raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alınıb" ifadələrini işlədib. O, hücumun bu gəminin Qırmızı dənizə gəldiyi gündən bəri 8-ci dəfə həyata keçirildiyinə diqqət çəkib. Hədəflərə uğurla çatdıqlarını deyən katib hücumla gəminin əməliyyat zonasını tərk etməyə məcbur edildiyini qeyd edib.
Yəhya Səri Qəzza zolağında İsrail ilə “Həmas” başda olmaqla Fələstin müqavimət qrupları arasında əldə olunan atəşkəs prosesi boyunca Yəmənə qarşı hücum həyata keçirildiyi təqdirdə "keyfiyyətli hərbi əməliyyatlarla" cavab veriləcəyi barədə xəbərdarlıq edib.
İran tərəfindən dəstəklənən Husilər İsrailin Qəzzadakı hücumlarına etiraz olaraq 31 oktyabr 2023-cü ildən bəri Yəmən sahillərində İsrail şirkətlərinə məxsus olduğunu iddia etdikləri ticarət gəmilərinə əl qoyur, bəzilərinə PUA və raketlərlə hücum edir.