“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasının “Arsenal”la 22-ci tur səfər oyunu (2:2) haqda fikrini paylaşıb.
Arena.az “Sky Sports”a istinadən ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Fantastikadır. İki qol vurulduqdan sonra futbolçularımın möhtəşəm qarşılığı fantastik idi. Bu, bizim zehniyyətimizin bir hissəsidir ki, biz heç vaxt təslim olmamışıq. Bu gün də təslim olmadıq və qol vurmağa çalışdıq. “Arsenal” bizi sıxışdırıb bir neçə fürsət yaratdı, amma buna rəğmən, bizim daha bir xalımız var.
“Arsenal” öz meydanında çox güclüdür. Bu, bizim yaxınlaşmaq istədiyimiz səviyyədir, amma onlar çox güclü olduqları üçün, bizim hələ də görəcəyimiz işlərimiz var. Bizim çıxış etdiyimiz kimi çıxış etmək burada nəyəsə nail olmağın yeganə yoludur”, deyə Unai Emeri razılıqla vurğulayıb.
Əlavə edək ki, “Aston Villa” “Arsenal”la sərər matçında 0:2 hesabından geri-dönüş edib.
22 turdan sonra 36 xal toplamış “Aston Villa” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Arsenal” isə 44 xalla 2-ci pillədədir.
Premyer Liqaya 21 oyundan sonra 50 xala malik “Liverpul” başçılıq edir.