Bu xəbərin nə dərəcədə doğru olduğunu"Araz-Naxçıvan"ın icraçı direktoru Eldəniz Yusubovdan soruşduq.Onun "Football-plus.az"a söylədikləri:
“Lebonla biz, sadəcə, maraqlanmışıq. Onun şərtləri bizə uyğun olmadığı üçün, elə maraq olaraq da qaldı. Transfer axtarışlarımız davam edir. Bir hücumçu axtarırıq. Məşqçiyə müxtəlif variantlar təqdim olunur. Razılıq versə, transfer edəcəyik. Konkret bir futbolçu üzərində dayanmamışıq”.
ƏSƏD SEYİDOV