Cənubi Koreyada hərbi vəziyyət elan edilməsi ilə bağlı aparılan istintaq çərçivəsində vəzifəsindən uzaqlaşdırılan prezident Yun Sok Yol "üsyana rəhbərlik etmək" və "vəzifəsindən sui-istifadə" ittihamları ilə həbs edilib.
Yunun həbsindən sonra tərəfdarları məhkəmə binasını basaraq polis ilə qarşıdurma yaşayıb. Hadisələr zamanı 45 etirazçı saxlanılıb. O, saxlanıldığı mərkəzdən dinc etiraz çağırışı edib. Ali Prokurorluq İdarəsi etirazları araşdırmaq üçün xüsusi komanda yaradıldığını açıqlayıb. Prezident 15 yanvar tarixində saxlanılmış və dindirilmə zamanı ifadə verməkdən imtina etmişdi.
Yun Sok Yol 3 dekabr 2024-cü ildə hərbi vəziyyət elan etməsi ilə əlaqədar "üsyan" və "vəzifəsindən sui-istifadə" ittihamları üzrə istintaqa cəlb olunub.