Məlum olduğu kimi, “Mingəçevir”də danışılmış oyunlara görə saxlanılanlar sırasında komandanın kapitanı Tural Məmmədzadə də var idi.
Hər halda, futbolçunun günahsız olduğu üzə çıxdı və 4 komanda yoldaşıyla birgə azadlığa buraxıldı. Qalan 3 nəfər – Mövlan Kərimov, Xəyal Xudaverdiyev və Muxtar Nəzərliylə bağlı qərar isə hələ açıqlanmayıb.
“Football-plus.az” Turalla əlaqə saxlayıb başverənlər haqda fikirlərini öyrənməyi lazım bildi.
– Şübhəlilər sırasında olsan da, təmizə çıxdın. Ümumiyyətlə, bu haqda təəssüratın maraqlıdı...
– Hər təmiz insan kimi mən də adımın danışılmış oyunlar üzündən hallanmasını istəməzdim. Allaha şükür, araşdırmadan sonra günahsız olduğum üzə çıxdı.
– Mövsüm ərzində bəzi komanda yoldaşlarının belə çirkin əməllərlə məşğul olmasında şübhələnmişdinmi? Hələ də azadlığa buraxılmayan futbolçularla münasibətlərin necə idi?
– Xeyr. Təəssüf ki, heç bir şey hiss etmirdim. Münasibətlərə gəlincə, sadəcə, komanda yoldaşı olmuşuq. Bir-birimizi məşqdən-məşqə, oyundan-oyuna görürdük.
– Mingəçevir kimi nəhəng şəhərin təmsilçisinin belə məsələyə görə gündəmə gəlməsinin əsas günahkarları kimdi?
– Təbii ki, Mövlan, Muxtar və Xəyal!
– Bundan sonra hansı hədəflər üçün çalışacaqsan?
– Məqsədim yenidən şəhərimin komandasında tər tökmək, uğurları üçün əlimdən gələni etməkdi. Yeni baş məşqçimiz (Füzuli Məmmədov – red.) şans versə, özümü yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edəcəm.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta