Türkiyə Suriya ilə sərhədə ağır texnika cəlb edir.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Suriyanın Ayn əl-Ərəb (Kobani) şəhəri ilə üzbəüz yerləşən Şanlıurfanın Suruç rayonuna zirehli texnika və sursat göndərilib.
Şanlıurfanın Aligör məhəlləsindən keçən hərbi konvoyun bir hissəsi Suriya sərhədinə çatıb.