Türkiyə çempionatında çıxış edən ''Hatayspor''un yeni baş məşqçisinin adına aydınlıq gəlib. Bu, Murat Şahindi.
''Football-plus.az'' xəbər verir ki, klubdan verilən açıqlamada 48 yaşlı mütəxəssislə ilyarımlıq müqavilə imzalandığı qeyd olunub. Futbolçu karyerasında ''Fənərbaxça'' və ''Beşiktaş''da forma geymiş Şahin məşqçi kimi uzun müddətdi, Sərgən Yalçının köməkçisi qismində çalışırdı. O, Sərgənlə birlikdə 2020/21 mövsümündə ''Beşiktaş''ın çempionluğunda pay sahibi olmuşdu. Bu, müstəqil məşqçi kimi Şahinin ilk təcrübəsi olacaq.
Qeyd edək ki, mövsümü çox zəif keçirən, sondan əvvəlki pillədə qərarlaşan, son 5 tura 1 xal toplayan ''Hatayspor'' dekabrın sonlarında Rza Çalımbay ilə yollarını ayırmışdı. Son iki turda komanda meydana idman direktoru Yılmaz Balın başçılığı altında çıxmışdı. Onu da bildirək ki, FİFA bu günlərdə yığmamızın üzvü Renat Dadaşova olan borcu üzündən ''Hatayspor''a iki dönəm üçün transfer cəzası verib.
Hazırda 1-ci liqa təmsilçisi ''Ankaragücü''də forma geyən Renat ötən mövsüm bu komandada icarə əsasında çıxış etmişdi. Murat Şahinin debütü çox çətin bir oyuna təsadüf edəcək.
Belə ki, ''Hatayspor'' cümə günü 20-ci turun açılış oyununda ''Qalatasaray''ı qəbul edəcək.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta