Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Yenidənqurma Agentliyi (UNRWA) 4 min tır humanitar yardımın Qəzza zolağına daxil olmaq üçün hazır vəziyyətdə olduğunu açıqlayıb. Gözləyən tırların yarısı qida və un daşıyır.
UNRWA-nın Baş komissarı Filip Lazzarini yardım karvanlarına edilən hücumların atəşkəsdən sonra yardımlar daxil olmağa başladıqca azalacağını bildirib.