AZ

Afrika ölkəsində benzin daşıyan tankerin partlaması nəticəsində onlarla insan həlak olub

Afrika

Nigeriyada yanacaq tankerinin partlaması və ardından baş verən yanğın nəticəsində 70-dən çox insan həlak olub, ən azı 56 nəfər isə yaralanıb. Hadisə 18 yanvar səhər saatlarında Abuja-Kaduna sürət yolunda baş verib, tankerin qəza nəticəsində devrilib.Hadisə yerində tankerdən digər maşına yanacaq köçürmək cəhdi edilib. Lakin bu proses zamanı benzin generatora tökülüb, bu da partlayışa və alovun yayılmasına səbəb olub. Qurbanlar arasında həm yerli sakinlər, həm də təsadüfi keçənlər var. Federal Yolda Hərəkət Təhlükəsizliyi Qurumunun (FRSC) bildirdiyinə görə, ən çox ölümə səbəb olanlar, qəza və yanacaq sızmasından sonra yerə yığılan yanacağı toplamaq istəyənlər olub.Səidə Mustafa

Diqqət Çəkənlər

Tramp özünün "memcoin" adlı kriptovalyutasının buraxıldığını elan edib

CBS News: Tramp Vaşinqtona gəlib, burada onun inauqurasiya mərasimi keçiriləcək

ABŞ-da TikTok qadağan edilib

Seçilən
33
ulusum.az

1Mənbələr