AZ

Axios: Trampın komandası Venesuela Prezidenti Nikolas Maduronun devrilməsini planlaşdırır

Axios:

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası Venesuela hökumətini dəyişdirmək və prezident Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq niyyətini ifadə edib. “Ulusum”.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb. Məlumata görə, bu plan ölkədə hərbi əməliyyatları nəzərdə tutmur.Administrasiya nümayəndələrinin sözlərinə əsasən, Trampın komandası Maduroya "Suriyanın keçmiş prezidenti Bəşər Əsədin taleyinin" qismət olmasını istəyir. Əsəd 8 dekabr 2024-cü ildə istefa vermişdi.Biz (ABŞ) Maduronun Moskvada Əsədin qonşusu olmasına etiraz etmərik - deyə Trampın müşavirlərindən biri bildirib.Həmçinin qeyd olunur ki, Tramp ABŞ prezidenti Co Baydenin Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarmaq təşəbbüsünü Konqresə təqdim etmək qərarından sonra Venesuelada hakimiyyət dəyişikliyinə maraq göstərib.Səidə Mustafa

Diqqət Çəkənlər

CBS News: Tramp Vaşinqtona gəlib, burada onun inauqurasiya mərasimi keçiriləcək

Yonhap: Yun Sok Yol tərəfdarlarını məhkəmədə baş vermiş dağıntılardan sonra sülh yolu ilə etirazlar etməyə çağırıb

ABŞ-da TikTok qadağan edilib

Seçilən
63
ulusum.az

1Mənbələr