Bakı. Trend:
Seneqal Fransa qoşunlarının ölkədən çıxarılmasını 2025-ci ilinyayında başa çatdırmağı planlaşdırır.
Trend SeneqalınDövlət Xəbər Agentliyinə (APS) istinadən xəbər verir ki, Fransa builin yayında Seneqalda yerləşən daimi hərbi bazalarını bağlamağahazırlaşır.
Seneqal və Fransa hakimiyyətləri bu müddətə qədər bütün hərbihissələrin çıxarılması prosesini həyata keçirmək üçün dialoqabaşlayıb.
Seneqalın Baş naziri parlamentdə çıxışı zamanı ölkədəki bütünxarici hərbi bazaların tezliklə bağlanacağını elan edib. O bildiribki, bu addım ölkənin milli suverenliyini gücləndirmək və dövlətsiyasətini irəli aparmaq məqsədini daşıyır.
Seneqal Prezidenti Bassiru Diomey Fey də əvvəlki açıqlamalarındayaxın gələcəkdə ölkədə fransız əsgərlərinin olmayacağınıvurğulayıb. O, noyabr ayında fransız mətbuatına açıqlamasındadeyib: “Seneqal müstəqil, suveren ölkədir və suverenlik xaricihərbi bazaların mövcudluğunu qəbul etmir”.
Lokal mənbələrə görə, Seneqalda hazırda 350 hərbçinin yerləşdiyi3 Fransa hərbi bazası var. 2011-ci ildə imzalanmış müqaviləyəəsasən, Fransanın çıxışı üçün ən azı altı ay əvvəl xəbərdarlıqedilməlidir.
Qeyd edək ki, Fransa daha əvvəl Mali, Burkina-Faso, Niger və Çadkimi ölkələrdən çıxmaq məcburiyyətində qalmışdı. Kot d'İvuarPrezidenti Alasana Uattara isə ölkəsindəki fransız hərbibazalarının idarəsinin Kot d'İvuar ordusuna keçəcəyiniaçıqlamışdı.