AZ

Nigeriyada tankerin partlaması nəticəsində ölənlərin sayı artaraq 86 nəfərə çatıb

Bakı. Trend:

Nigeriyanın Niger əyalətində baş verən tankerin partlamasıfaciəsi nəticəsində həyatını itirənlərin sayı 86 nəfərəyüksəlib.

Trend xəbər verir ki, bu barədə Niger Dövlət Fövqəladə Hallarınİdarə Olunması Agentliyinin baş direktoru Alhaji Abdullahi Baba Araməlumat yayıb.

Hadisə Nigeriyanın qərbində yerləşən Dikko şəhərində baş verib.Hazırda qəza yerində dağıntılar təmizlənir və zərərçəkənlərə yerlixəstəxanalarda tibbi yardım göstərilir.

Hadisə şahidlərinin sözlərinə görə, yanacaq çəni təxminən 60 tonyanacaq daşıdığı halda yolda aşıb. Dağılan yanacağı çıxarmaq üçünbaşqa bir yanacaq tankeri hadisə yerinə gətirilib. Yerli sakinlərisə yanacaq yığmağa cəhd edərkən qəfil partlayış və ardınca yanğınbaş verib.

Qeyd edək ki, bu cür hadisələr Nigeriyada yanacaq daşınmasızamanı tez-tez baş verir və təhlükəsizlik tədbirləriningücləndirilməsi üçün çağırışlara səbəb olur.

Seçilən
17
5
az.trend.az

1Mənbələr