AZ

“Neftçi” bir də gözünü açıb gördü ki... VİDEO

Premyer Liqanın XIX turunda baş tutan "Neftçi" - "Sabah" görüşündə qalib müəyyənləşməyib.

Sportinfo.az xəbər verir ki, "Neftçi Arena"da keçirilən turun son görüşü heç-heçə yekunlaşıb - 1:1.

78-ci dəqiqədə "Neftçi"nin müdafiəçisi Azər Salahlı avtoqol müəllifi olub. Cəmi 1 dəqiqə sonra isə Andrey Ştoqrin komandasının bərabərlik qolunu vurub.

Bu nəticədən sonra Samir Abasovun baş məşqçisi olduğu kollektiv xallarının sayını 18-ə çatdırıb və turnir cədvəlində yeddinci yerə yüksəlib. "Sabah" isə 27 xalla 5-ci pillədə qərarlaşıb.

Seçilən
23
50
sportinfo.az

10Mənbələr