AZ

Cəlilabadda ZƏNCİRVARİ QƏZA: Xəsarət alan var



Cəlilabadda baş verən qəzada xəsarət alan var. 


Lent.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının 147-ci km-də,  Maşlıq kəndi ərazisində qeydə alınıb. 

Seymur Əmirovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili Azər Süleymanovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Daha sonra "Mercedes" markalı minik avtomobili yol kənarında dayanan "Qazez" markalı sərnişin mikroavtobusuna çırpılıb.

Qəza nəticəsində sürücü S. Əmirov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
29
36
news24.az

10Mənbələr