AZ

Mahir Emreli oynadı, "Nürnberq"...

Almaniyada 2-ci Bundesliqada qış fasiləsi başa çatıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” 18-ci turda “Karlsrue”yə 2:1 hesabı ilə qalib gəlib.

Meydana start "11-lik"də çıxan Emreli birinci hissənin sonunda sarı vərəqə alıb. O, 72-ci dəqiqədə əvəzlənib.

Hazırda 25 xalı olan “Nürnberq” turnir cədvəlinin 11-ci pilləsində mövqe tutub.

Seçilən
24
fanat.az

1Mənbələr