AZ

Papa Fransiskdən İsrail və HƏMAS arasındakı atəşkəsə görə vasitəçilərə minnətdarlıq

Bakı. Trend:

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk İsrail və HƏMASarasında əldə olunan atəşkəsə görə vasitəçilərə təşəkkür edib.

Trend xəbər verirki, Pontifik, ənənəvi “Angelus” duası zamanı bu sülh prosesindəiştirak edən hər kəsi yüksək qiymətləndirib və vasitəçilik edənlərəminnətdarlığını bildirib.

“Bu, çox gözəl bir işdir, vasitəçilərə təşəkkürlər. Bütünvasitəçilərə minnətdarlığımı bildirirəm. Mən də bu mühüm nəticəyəgörə iştirak edən tərəflərə təşəkkür edirəm. Ümid edirəm ki,razılaşdırılan məsələlər dərhal tərəflər tərəfindən hörmətləqarşılanacaq və girovlar nəhayət evlərinə qayıdıb yaxınlarınıqucaqlaya biləcəklər. Onlara və ailələrinə dua edirəm. İnanıram ki,hər iki siyasi hakimiyyət beynəlxalq ictimaiyyətin köməyi ilə ikidövlət üçün düzgün həll yoluna gələ bilər. Qoy hər kəs dialoqa,barışığa və sülhə “bəli” desin. Biz hamımız bunun üçün dua edirik:dialoq, barışıq, sülh,” – deyə Roma Papası qeyd edib.

Pontifik həmçinin atəşkəsdən sonra Qəzza zolağına humanitaryardımların çatdırılmasının vacibliyinə toxunub və ümidvar olduğunubildirib ki, girovlar tezliklə ailələrinə qovuşacaq.

Seçilən
60
az.trend.az

1Mənbələr