AZ

Türkiyə serialları rekordlar qırır: 2024-cü ildə 200 ölkəyə ixrac edilib

Türkiyənin serial sənayesi 2024-cü ildəki uğurları ilə dünyanın diqqətini çəkməyə davam edir. Yaxın Şərq və Latın Amerikası ilə yanaşı ABŞ, Avstraliya və Avropada da geniş tamaşaçı kütləsinə çatan Türkiyə serialları 200 ölkəyə ixrac edilib və 500 milyon dollardan çox gəlir əldə olunub.

Dünyada 1 milyard tamaşaçıya çatır

Türkiyə istehsalı olan seriallar televiziya ekranları ilə yanaşı rəqəmsal platformalarda da böyük maraqla izlənilir. Mütəxəssislərin hesablamalarına görə, dünya üzrə təxminən 1 milyard unikal tamaşaçı Türkiyə seriallarını izləyir. Xüsusilə rəqəmsal platformalar sayəsində Türkiyə seriallarının çatdığı ölkələrin sayı 150-dən 200-ə artıb.

Türkiyədə RTÜK (Radyo ve Televizyon Üst Kurulu) lisenziyası ilə fəaliyyət göstərən Netflix-in paylaşdığı məlumatlara görə, 2021-ci ildən bəri 47 türk serialı həftəlik Qlobal Top 10 siyahısında yer tutub. Türkiyə serialları 92 ölkədə ən çox baxılan məzmun arasına daxil olub və son 4 ildə 184 həftə ərzində ölkələrin ilk 10 məzmunu arasında yer alıb.

Turizmə və təbliğata töhfə verir

Türkiyənin xaricdə tanıdılmasında türk serialları da mühüm rol oynayır.  Serialların çəkiliş yerləri ölkənin tanıdılmasına böyük töhfə verir. Bu yerləri yaxından görmək istəyən bir çox tamaşaçı Türkiyəyə səyahət edərək turizmə əlavə canlılıq qatır.

Türkiyə serialları
Seçilən
26
marja.az

1Mənbələr