"Mançester Yunayted"in hücumçusu Antoni karyerasını İspaniya çempionatında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, 24 yaşlı braziliyalı hücumçu "Betis"də oynamağa razılaşıb. Sevilya komandası Antonini cari mövsümün sonuna kimi icarəyə götürüb. "Mançester Yunayted" və "Betis" də öz aralarında razılığa gəliblər və bu həftə icarə müqaviləsini bağlayacaqlar. Tezliklə danışıqların yekun mərhələsi baş tutacaq və rəsmiyyətlər həll olunacaq.
Antoni bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 14 oyuna çıxıb və 1 qol vurub.
Mirağa