AZ

Tramp, HAMAS-ın girovları azad etməsini öz seçki qələbəsi ilə əlaqələndirib

Tramp,

Yeni seçilmiş ABŞ prezidenti Donald Tramp, Qəzza zolağında atəşkəs barədə razılaşmanın əldə edilməsini və HAMAS tərəfindən girov götürülənlərin azad edilməsini öz gələcək administrasiyasının fəaliyyətinin nəticəsi hesab edir."Bu həftə atəşkəs barədə möhtəşəm bir razılaşma əldə etdik – Yaxın Şərqdə davamlı sülhə gedən ilk addım. Və bu razılaşma yalnız noyabr ayında bizim tarixi qələbəmiz nəticəsində mümkün oldu," – Tramp Vaşinqtonda keçirilən mitinqdə bildirib."Bizim gələcək administrasiyamız Yaxın Şərqdə bunu üç aydan az bir müddətdə əldə etdi. Hətta prezidentlikdən əvvəl biz, onlarin dörd il prezidentlik etdiklərindən daha çox nail olduq," – o əlavə edib.Tramp qeyd edib ki, girovların götürülməsi və Yaxın Şərqdəki gərginliyin artması "heç vaxt onun prezidentliyi dövründə baş verməzdi."Səidə Mustafa

Diqqət Çəkənlər

Ədalət Partiyasi 20 yanvar faciəsinin növbəti il dönümü ilə bağlı bəyanət yayib

CBS News: Tramp Vaşinqtona gəlib, burada onun inauqurasiya mərasimi keçiriləcək

Yonhap: Yun Sok Yol tərəfdarlarını məhkəmədə baş vermiş dağıntılardan sonra sülh yolu ilə etirazlar etməyə çağırıb

Seçilən
50
ulusum.az

1Mənbələr