AZ

20 Yanvar faciəsi Azərbaycan tarixinin həm də qəhrəmanlıq və rəşadət salnaməsidir

Bakı. Trend:

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür. 1990-cı ilyanvarın 19-dan 20-ə keçən gecə baş verən bu faciə xalqımızınqəhrəmanlıq tarixinə, özünün haqlı tələbləri uğrunda mübarizəsinintəcəssümünə çevrildi. Bakıda və respublikamızın müxtəlifbölgələrində 147 nəfərin sovet qoşunlarının bölmələri tərəfindənqətlə yetirilməsi ilə nəticələnən bu hadisələr Azərbaycanınmüstəqilliyi uğrunda mübarizəni yeni mərhələyəyüksəltdi.

Sovet dövlətinin rəhbərliyinin, birbaşa Mixail Qorbaçovun əmriilə Bakıda dinc əhaliyə qarşı dəhşətli qətliamın həyatakeçirilməsində məqsəd xalqımızın haqq və etiraz səsini boğmaq idi.Təəssüflə qeyd etməliyik ki, o dövrdə Azərbaycana rəhbərlik edənlərbu faciənin baş verməsinin qarşısının alınması üçün heç bir tədbirgörmədilər və ya görmək istəmədilər. Faciədən sonra isə onlarqorxaqlıq nümayiş etdirərək bunun üzərindən sükutla keçməyəçalışdılar, baş verənlərə laqeyd qalmağa üstünlük verdilər.

Həmin günlərlə Azərbaycan xalqının etiraz səsini ucaldan, buhadisənin baş verməsində birbaşa sovet rəhbərliyinin, şəxsən M.Qorbaçovun məsuliyyət daşıdığını cəsarətlə bəyan edən ÜmummilliLider Heydər Əliyev oldu. Faciənin ertəsi günü - yanvarın 21-dəAzərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verənHeydər Əliyev baş verən hadisələri hüquqa, demokratiyaya, hüquqidövlət quruculuğu prinsiplərinə zidd olduğunu deyərək, yüzlərləinsanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayətadlandırdı, hadisəyə siyasi qiymət verilməsini tələb etdi:

"Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bufaciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsənM.S.Qorbaçovun böyük günahı nəticəsidir, onun diktatorluqmeyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycanrəhbərlərinin xalqa xəyanəti və cinayətin nəticəsidir"-deyə Heydər Əliyev böyük cəsarətlə bildirmişdi.

Sovet dövlətinin hələ mövcud olduğu bir vaxtda bu cür bəyanatvermək böyük cəsarət tələb edirdi. Bunu isə yalnız hər zaman özxalqının yanında olan Heydər Əliyev kimi böyük şəxsiyyətlər edəbilərdilər. Ulu Öndərin tarixi çıxışı sovet dövlətinin yaratdığıkəskin informasiya blokadasına baxmayaraq, bütün dünyada, ocümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu.

1990-cı ilin yanvarından sonra Azərbaycana rəhbərlik edənlərKremlin əmrlərinə tabe olaraq 20 yanvar facisəsinə rəsmi şəkildəhüquqi-siyasi qiymət verilməsi üçün heç bir tədbir görmədilər.Lakin bu məsələ hər zaman Heydər Əliyevin diqqət mərkəzində idi.Təsadüfi deyil ki, 1990-cı ildə Azərbaycana qayıdan Heydər ƏliyevinNaxçıvan Ali Məclisinin və Azərbaycan Ali Sovetinin deputatıseçildikdən sonra qaldırdığı ilk məsələlərdən biri 20 yanvarfaciəsinə hüquqi-siyasi qiymətin verilməsi ilə bağlı oldu. MəhzHeydər Əliyevin təşəbbüsləri ilə 1990-cı ilin noyabr ayının 21-dəNaxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinəilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Bu qərarHeydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. HeydərƏliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədənçəkinmədən öz xalqının hüquqlarını müdafiə etməkdən qorxmadığınıbir daha sübut etdi.

Bu sənəddə respublika səviyyəsində 20 yanvar faciəsinəsiyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələbedilirdi. Lakin təəssüflə qeyd edilməlidir ki, Azərbaycanmüstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidardaolanların heç biri 20 yanvar faciəsi ilə bağlı əsl həqiqətlərin üzəçıxarılmasına maraq göstərmədi. 20 Yanvar hadisələrinə siyasiqiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən «cəbhəçilər»hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdular. Onlarhakimiyyətdə olduqları dövrdə faciəyə siyasi qiymət vermək üçün özimkanlarından istifadə etmədilər.

Yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanarəhbərliyə başlamasından sonra 20 yanvar faciəsinə respublikasəviyyəsində siyasi-hüquqi qiymət verildi. 1994-cü il martın 29-daMilli Məclisdə «1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəlihadisələr haqqında» qərar qəbul edildi.Sənəddə deyilir:

«Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatınıboğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağaqalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaqvə belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınınıngücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də SovetSilahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçərayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminəküçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsiAzərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindənhərbi təcavüz və cinayət kimi qiymətləndirilsin».

Azərbaycan dövləti hər zaman 20 yanvar şəhidlərinin xatirəsiniuca tutub. Bu məqsədlə Şəhidlər xiyabınında şəhidlərimizə ehtiraməlaməti olaraq «Əbədi məşəl» abidə-kompleksi inşa edilib. Ulu ÖndərHeydər Əliyevin fərmanına əsasən 1990-cı il 20 yanvar faciəsindəşəhid olan vətəndaşlarımıza «20 Yanvar şəhidi» fəxri adıverilib.

20 yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailəüzvlərinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlhamƏliyevin diqqət mərkəzindədir. Bakı şəhərində həyata keçirilənabadlıq işləri Şəhidlər Xiyabanını da əhatə edib, burada əsaslıtəmir və yenidənqurma işləri aparılıb. Paytaxtın “20 Yanvar”dairəsində şəhidlərin xatirəsinə memorial abidə kompleksiucaldılıb.

Eyni zamanda Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhidailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Belə ki,dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün AzərbaycanRespublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında”2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinədövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.

İndiydək 20 yanvar əlillərinə və şəhidlərin ailələrinə 143mənzil, habelə əlilliyi olan şəxslərə 100-dək avtomobil verilib. Ocümlədən əlillərin reabilitasiyası dövlət tərəfindən həyatakeçirilir.

20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinin həmfaciəli, kədərli səhifəsi, həm də qəhrəmanlıq və rəşadətsalnaməsidir. Şəhidlər xiyabanı isə xalqımızın müqəddəs andyeridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Şuşanın azadedilməsi xəbərini Şəhidlər xiyabanından bəyan etmişdi. Artıq 20yanvar şəhidlərinin ruhu rahatdır. Çünki onların uğrunda şəhidolduqları bütün məqsədlərə xalqımız nail olub. Bu gün Azərbaycanmüstəqil və güclü dövlətdir, torpaqlarımız isə erməniişğalçılarından və separatçılarından birdəfəliktəmizlənib.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
18
3
az.trend.az

4Mənbələr