Vivek Ramasvami İlon Maskla birlikdə rəhbərlik etməli olduğu hökumətin işinin səmərəliliyinin artırılması üzrə yeni departamentin rəhbəri postundan imtina edə bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.
Mənbələrin məlumatına görə, Ramasvami yanvarın sonuna qədər Ohayo ştatının qubernatoru vəzifəsinə seçki kampaniyası elan etmək niyyətindədir. Bundan başqa, onun departamentin işçi qrupunun fəaliyyətində getdikcə daha az iştirak etməsi heyətin narazılığına səbəb olur.
Daha əvvəl planlaşdırılırdı ki, Mask və Ramasvami yeni strukturda fəaliyyət çərçivəsində federal işçi qüvvəsinin və büdcənin minimum 1 trilyon dollar azaldılmasını, eləcə də tənzimləmənin zəiflədilməsini təklif edəcəklər. Süni intellekt kimi yeni texnologiyalar isə qurumun işinin əsas elementi ola bilər.