AZ

Bayden: “Heç yerə getmirəm”

AzVision.az xəbər verir ki, Bayden Cənubi Karolina ştatındaqaradərili xristianların məclisinə baş çəkərkən belə deyib. Qeyd edək ki, bu ştatda Bayden rəqibi Trampa uduzub.

“Mən heç yerə getmirəm. Zarafatsız”, - ABŞ-nin artıq keçmiş prezidenti söyləyib.

Bayden son tam iş gününü iki kilsə ziyarəti ilə başa vurub. Bazar günü səhər o, jurnalistlərə Fələstin probleminin nizamlanmasından danışıb, lakin digər görüşdə onu gözlədikləri üçün burada suallara cavab verməkdən imtina edib.

“Mən...Mən...Delaver ştatındanam. “Dəmir ştat” iflasa uğradı, mən Skrentondanam, Pensilvaniya şatatı, orada da hər şey elə də yaxşı deyildi”, - Bayden birinci görüşdəki çıxışında dəfələrlə duruxub.

İkinci görüşdə, telesuflyorla üzbəüz oturan və arxasında qaradərilil xor qızları olan prezident əvvəlcə özünü daha inamlı hiss edib. O, zarafatlaxorun ikiqat dua, eşitdiyi ifanın isə dördqat olduğunu vurğulayıb.

Yaxınlarını, qızı, oğlu Hanteri onun həyat yoldaşı və uşağı ilə birlikdə tamaşaçılara təqdim edən Bayden,öz zövcəsi ilə birlikdə namaza dair hansı inancları bölüşdüyünü izah edəndə yenidən duruxub.

“Qaradərili tarix Amerikanın tarixidir, qaradərili mədəniyyət Amerikanın mədəniyyətidir”,- ABŞ-nin 46-cı prezidenti bildirib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
14
azvision.az

1Mənbələr