“Alba”da çıxış edən Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniya çempionatının növbəti turunun oyununda yüksək performans göstərib.
İdman.biz xəbər verir ki, o, komandasının "Tarqovişte" üzərində qələbə qazandığı oyunda 21 xal toplayıb. “Alba” 3:1 hesabı ilə qalib gəlib və Ruban matçın bombardiri olub.
Ölkə çempionatda 3-cü yerdə qərarlaşan “Alba” klubu Buxarest "Dinamo"sundan 3 xal geri qalır.
İdman.biz