AZ

Ançelotti "Real"da bu uğuru qazanan ikinci məşqçidir - Birinci kimdir?

"Real Madrid" baş məşqçi Karlo Ançelottinin rəhbərliyi altında La Liqada 150-ci qələbəsini qazanıb. 

Fanat.Az xəbər verir ki, "Kral Klubu" italiyalı mütəxəssisin dövründə yubiley qalibiyyətini evdə "Las Palmas"ı 4:1 hesabı ilə məğlub etməklə əldə edib. 

"Opta"-nın məlumatına görə, Ançelotti İspaniya çempionatında 150 qələbə qazanan 22-ci məşqçi olub. Bundan başqa, italyan çalışdırıcı Migel Munyosdan (257) sonra "Real Madrid"lə La Liqada 150 dəfə qalib gələn ikinci məşqçidir. 

Ümumilikdə, Karlo Ançelotti 210 liqa oyununda Madrid nəhənginə rəhbərlik edib. 34 halda heç-heçə qeydə alınıb, daha 26 dəfə rəqiblər qalib gəlib. Ümumi top fərqi 511:189-dur.

Qeyd edək ki, "Real Madrid" 20 turdan sonra ən yaxın izləyicisini 2 xal qabaqlayaraq 46 xalla La Liqaya liderlik edir. 

Mirağa

Seçilən
19
50
fanat.az

10Mənbələr