AZ

Türkiyə Nigeriyaya başsağlığı verib

Türkiyə Nigeriyada yanacaqdaşıyan maşının partlaması nəticəsində həyatını itirənlərin ailələrinə və Nigeriya xalqına başsağlığı verib.

Xarici İşlər Nazirliyi Nigeriyanın şimalındakı Niger əyalətinin Qurara bölgəsində dünən yanacaqdaşıyan maşının partlaması ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada yanvarın 19-da Qurara bölgəsində baş verən yanacaq tankerinin partlaması nəticəsində baş verən insan itkisindən dərin kədər duyulduğu bildirilib.

Açıqlamada həyatını itirənlərin ailələrinə və Nigeriya xalqına başsağlığı verilib, yaralıların tezliklə sağalması arzulanıb.

Qeyd edək ki, yanvarın 19-da Niger əyalətində Dikko-Maje magistral yolunda yüksək sürət səbəbindən yanacaqdaşıyan maşının idarəetməni itirərək aşıb.

Ətrafdakı insanlar aşmış maşından yanacaq boşaltmağa çalışarkən tanker partlayıb.

Nigeriya Dövlət Fövqəladə Hallar İdarəsi tərəfindən verilən açıqlamada partlayış nəticəsində 86 nəfərin öldüyü, 55 nəfərin yaralandığı bildirilib.



Seçilən
10
trt.net.tr

1Mənbələr