"İnter Mayami" "Amerika" klubu ilə yoldaşlıq oyununda xoşagəlməz hadisə yaşanıb.
Publika.az xəbər verir ki, ABŞ təmsilçisinin kapitanı Lionel Messi 34-cü dəqiqədə fərqlənib. Qolu qeyd edən argentinalı ulduz təhqiramiz şüarlara məruz qalıb.
O cavab olaraq, Argentinanın üç dəfə Dünya Kuboku qazanmasını ifadə etmək üçün meksikalı azarkeşlərə üç barmağını, sonra isə Meksikanın titul qazanmadığını əks etdirən sıfırı yumruq kimi göstərib.
Qeyd edək ki, sözügedən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında "İnter" "Amerika"dan üstün olub.