ABŞ-də bir müddət bloklandıqdan sonra “TikTok” yenidən idtifadəçilərin öhdəsinə verilir.
KONKRET.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra tətbiqə girişi bərpa edəcəyini elan etdi: “Düzünü desəm, bizim alternativimiz yoxdur. Biz onu xilas etməliyik”. Tramp bu spzləri yanvarın 19-da inauqurasiya ərəfəsində keçirilən mitinqdə deyib. Mitinqdən saatlar əvvəl istifadəçilərə göndərilən açıqlamada deyilirdi: “Prezident Trampın səyləri sayəsində “TikTok” yenidən ABŞ-də bərpa olundu”. ABŞ-də 170 milyondan çox insan “TikTok”dan istifadə edir. ABŞ rəsmiləri “TikTok”un Çin şirkəti “ByteDance”-in nəzarəti altında olduğuna görə amerikalıların məlumatlarından sui-istifadə riski barədə xəbərdarlıq edib.
Vəli Həsənoğlu,
KONKRET.az