AZ

Tramp ABŞ-də “TikTok”un istifadəsinə “hə” dedi

ABŞ-də bir müddət bloklandıqdan sonra “TikTok” yenidən idtifadəçilərin öhdəsinə verilir.

KONKRET.az “Reuters” agentliyinə istinadən xəbər verir ki,  Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra tətbiqə girişi bərpa edəcəyini elan etdi: “Düzünü desəm, bizim alternativimiz yoxdur. Biz onu xilas etməliyik”.  Tramp bu spzləri  yanvarın 19-da inauqurasiya ərəfəsində keçirilən mitinqdə deyib. Mitinqdən saatlar əvvəl istifadəçilərə göndərilən açıqlamada deyilirdi: “Prezident Trampın səyləri sayəsində “TikTok” yenidən ABŞ-də bərpa olundu”. ABŞ-də 170 milyondan çox insan “TikTok”dan istifadə edir. ABŞ rəsmiləri “TikTok”un  Çin şirkəti “ByteDance”-in nəzarəti altında olduğuna görə amerikalıların məlumatlarından sui-istifadə riski barədə xəbərdarlıq edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
15
konkret.az

1Mənbələr