ABŞ-ın qlobal investisiya bankı Goldman Sachs, ABŞ Federal Ehtiyat Sisteminin (FED, mərkəzi bank) daha az faiz endirimi edə biləcəyinə görə, qızılın unsiyasının qiymətinin yalnız 2026-cı ilin ikinci rübündə 3 min dollar səviyyəsinə çatacağını gözləməyə davam edir.
Marja xəbər verir ki, bundan əlavə, Goldman Sachs mərkəzi bankların qızıl tələbi ilə bağlı proqnozunu yenidən nəzərdən keçirib. Bank Mərkəzi Bankın qızıl tələbi proqnozunu aylıq 38 tondan 41 tona yüksəldib.
Hazırda (Bakı vaxtı ilə saat 12:30) qızılın unsiya qiyməti 2 min 705 dollardan ticarət olunur. Goldmanın proqnozu reallaşarsa, bu qızılda təxminən 11 faiz bahalaşma deməkdir.
Qızılın qiymətibu il 3 faiz, son bir ildə isə 33,8 faiz artıb.