Ermənistanla post-münaqişə mərhələsində təmaslarımız davam edir, burada bir neçə istiqamət var.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
"Azərbaycan və Ermənistan XİN rəhbərləridaha çox sülh müqaviləsi üzrə danışıqlar aparırlar. Bu istiqamətdə danışıqlar davam edir. Ötən il ərzində belə bir neçə görüş baş tutub. Hal-hazırda növbəti görüşün yeri və vaxtı ilə bağlı hər hansı bir razılaşma yoxdur",- nazir vurğulayıb.
Müəllif: Teleqraf.com