AZ

Ermənistana birtərəfli dəstək vermək faktlarını gördük - Nazir

“ABŞ və bir sıra Avropa paytaxtları tərəfindən 2024-cü ildə biz birtərəfli yanaşmanın, Ermənistana birtərəfli dəstək vermək faktlarını gördük”.

Bakıvaxtı.az xəbər verir ki, bunu XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

XİN rəhbəri xatırladıb ki, ötən ilin aprelin 5-də Amerika dövlət katibi,Avropa İttifaqı Komissiyasının prezidenti və Ermənistanın baş naziri arasında formal görüş keçirilmişdi.

“Xüsusi olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının intensiv olduğu mərhələdə özlərini vasitəçi kimi göstərməyə çalışan tərəflərin qərəzli yanaşması qəbuledilməzdir”.

Mina Mikayılova

Seçilən
35
bakivaxti.az

1Mənbələr